Rusiyada 6 ay ərzində təxminən 8 min qızılcaya yoluxma halı qeydə alınıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə epidemioloq və infeksionist, tibb elmləri doktoru Viktor Maleyev məlumat verib.
Onun sözlərinə görə, qızılcaya yoluxma halı qonşu ölkələrdə də qeydə alınıb:
"12 ay ərzində Rusiyanı əhatə edən bir çox ölkələrdə, Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda da qızılca xəstəliyi yayılıb. Qızılcaya qarşı peyvəndin mövcudluğuna baxmayaraq, bir çox ölkələrdə bu xəstəlik hələ də yayılır".
Gülşən Şərif