Referans.az-ın" target="_blank">Referans.az”Rəqəmsal Dünya” rubrikasının növbəti qonağı rəqəmsal təhsil məhsullarının satış və marketinqi üzrə ekspert Emil Həsənlidir.
-Emil bəy, lütfən əvvəlcə özünüz haqda oxucularımıza məlumat verəsiniz!
- Mən Emil Həsənli artıq 5 ildən çoxdur ki, rəqəmsal təhsil platformaları üzərində işləyirəm. Hal-hazırda DillBill və CodeStar layihələrimizlə həm yerli, həm də xarici bazarda fəaliyyət göstəririk.
- Əsasən hansı ölkələrdən sizin rəqəmsal məhsullara maraq daha böyükdür?
-İngilis dili və proqramlaşdırma sahəsi elə bir sahədir ki, dünyanın hər yerində buna tələbat var. Xaricdə oxumağa və ya yaşamağa gedən həmyerlilərimiz tez bir zamanda iş tapmağı arzulayırlar. Ona görə də onlar olduqları ölkədən rahatlıqla bizim dərslərə qoşulub tez bir zamanda nəticə əldə edirlər.
-Bəs sizi yerli təhsil mərkəzlərindən fərqləndirən əsas meyarlar nələrdir?
-Bizim proqramlaşdırma sektorunda əsas fərqimiz və üstünlüyümüz rəqəmsal platformamızın köməyi ilə fundamental proqramlaşdırmanı zaman, məkan limiti olmadan tədris etməyimizdir. Sadə dildə desək, bu gün hər kəs işin yalnız texnologiya tərəfini öyrədir. Amma iş müsahibələri əsasən alqoritm testləri və fundamental biliklərə yönəlikdir. Ona görə də tələbələr hansı ölkədə olmalarından asılı olmadan bu sahəyə yiyələnib qısa zamanda işlə təmin olunurlar.
Təhsil sektorunda hansı rəqəmsal həllər verə bilərsiniz ki, bundan təhsil müəssisələri yararlana bilər?
-Hal-hazırda komandamızla daha 2 startap üzərində çalışırıq. Bunların ikisi də bizim hazırkı layihələrimizdən faydalanaraq yaradılıb və kifayət qədər də maraq cəlb edə bilibdir. Bunların ölkədə olan təhsil müəssisələrinə, universitetlərə inteqrasiyasını həyata keçirməyi düşünürük.
Sonda izləyicilərə demək istədiyiniz nələrsə varmı?
-Öyrənmək heç zaman gec deyil. Öyrənən insan hər zaman inkişafa meyilli olur və dünyaya daha fərqli baxış sərgiləyə bilir.
Söhbətləşdi: Bünyamin Bünyadzadə