İsrailin baş naziri Netanyahu ABŞ nümayəndələri ilə görüşündə bildirib ki, İsrail Livanda atəşkəs razılaşmasını həyata keçirmək istəyir, lakin şərtlər var.
Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ nümayəndələrinə deyib ki, İsrailin təhlükəsizliyinə Livandan gələn təhdidlərə cavab vermək bacarığı və köçkün vətəndaşlarının öz evlərinə qayıtmaq imkanları Livanla istənilən atəşkəs razılaşmasının əsas elementləridir.
Netanyahu Hizbullahın İsrailin şimalındakı Metulaya hücumunda Kiryat Ata şəhəri yaxınlığında 5 nəfərin və 2 mülki vətəndaşın həlak olmasından sonra danışıb. Baş nazirlikdən verilən açıqlamada Netanyahunun "Əsas məsələ İsrailin bu razılaşmanı həyata keçirə bilməsi və təhlükəsizliyinə Livandan gələcək hər hansı təhdidin qarşısını almaq qabiliyyəti və qətiyyətidir" dediyi bildirilib.
ABŞ nümayəndələri Brett McGurk və Amos Hochstein Livan və Qəzzada atəşkəsə nail olmaq səyləri çərçivəsində İsraildədir.
Livanın baş naziri Necip Mikati də çərşənbə günü atəşkəs sazişinin tezliklə imzalanacağına ümid etdiyini açıqlayıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az