“Turan Tovuz”un77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi”.
Görəsən, VAR kameralarının keyfiyyətli, mükəmməl çəkiliş aparmasına kim cavabdehlik daşıyır? “CBC Sport”, PFL, yoxsa AFFA? Bu sualı AFFA-nınMətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Turan Tovuz” – “Kəpəz” oyunundakı epizodla bağlı deyə bilərik ki, bu, VAR kameralarının keyfiyyəti ilə bağlı məsələ deyil. Burda müzakirə olunacaq məsələ kamera sayı ola bilər. Oyunların çəklişində kameraların sayı ilə bağlı minimal tələblər var və buna da Azərbaycan premyer-liqasının oyunlarında əməl olunur. Əlbəttə, oyunların çəkilişi nə qədər çox kamera ilə reallaşarsa, bu daha yaxşı olar. Gələcəkdə kameraların sayının artırılması da nəzərdə tutulur. Bundan başqa, bu məsələdə infrastruktur da önəmli yer tutur. Təəssüf ki, heç də bütün stadionlarımızda kameraların yerləşdirilməsi ilə bağlı vəziyyət ideal deyil”.
ƏSƏD SEYİDOV