YAP Quba rayon Qaraçay qəsəbə ərazi partiya təşkilatının təsis edilməsinin 25 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edib, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil edilməyin böyük şərəf və məsuliyyət olduğunu deyib. Bildirilib ki, YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Sədr qeyd etdi ki, Son 21 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbycan Partiyası daha da inkişaf edib və möhkəmlənib.
Fidan Hüseynova həmçinin Qaraçay qəsəbə ərazi partiya təşkilatının təsis edilməsi münasibətilə təşkilatın üzvlərinin təbrik edib və eyni zamanda təşkilatın gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verib.
Tədbirdə Qaraçay qəsəbə tam orta məktəbin direktoru Fəridə Dostuyeva-Kərimli, partiya fəalı Səlimcan Rizmanov və Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rolu olduğunu qeyd etdilər.
Tədbirdə təşkilatın partiya işindəki səmərəli faliyyətinə görə bir qrup partiya üzvünə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.