“Vəzifədən gedəndən sonra 1-2 il yeni təyinat gözlədin. Bu da bir qismətdir. Zənglər oldu ki, daha yüksək yerə gedəcəm. Bəlkə də, günah bir az da özümdədir ki, deyilən yerlərə bir qədər vasvasılıq elədim. Ona görə də alınmadı. Bütün hallarda obyektiv qəbul edirəm”.
“AzPolitika” xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Gününsəsi.info” saytına müsahibəsində deyib.
Ə.Ələkbərov parlament seçkilərinə qatılmaq həsəvində olduğunu da açıqlayıb: “Açığı, həvəsim var idi. Düşünürdüm, biliyim, bacarığım ölkəyə kömək edər. Fikirləşirdim ki, Milli Məclisdə iqtisadi komitə var, onu iki yerə bölmək olar. Biri iqtisadiyyat və sahibkarlığa dəstək, digərini də maliyyə-büdcə məsələləri komitəsi formasında təşkil etmək olar. Hətta haradan namizəd olacağımı da düşünmüşdüm, icmamız da dəstək verirdi. Amma bizdə etika var. Hökümət məni tanımasa, gedib ərizə verərəm. Amma səni tanıyırlarsa…Bir-iki yerə müraciət elədim, di gəl, arxasına düşmədim. Gözlədim ki, zəng olacaq, deyəcəklər get, namizəd ol”.
“AzPolitika.info”