İranın hər yerində raket daşıyan saysız-hesabsız maşınlar hərəkət edir.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.
Məlumata əsasən, İranın 18 bölgəsində raketlərin daşınması müəyyən edilib.
Qeyd edək ki, İranın ABŞ-da keçiriləcək 5 noyabr prezident seçkilərindən öncə İsrailə zərbə endirəcəyi barədə məlumat yayılıb.