Fransanın qərbindəki Puatye şəhərində restoranın qarşısında atışma baş verib.
"Cebheinfo.az" xəbər verir ki, qarşıdurma nəticəsində 5 nəfər ağır yaralanıb.
“The Guardian” yazır ki, daxili işlər naziri Bruno Retaillo narkotik alveri ilə bağlı münaqişədə biri uşaq olmaqla 5 nəfərin ağır yaralandığını açıqlayıb . Retaillo münaqişənin gecə saatlarında restoranın qarşısında başladığını deyib:
"Restorana silahlı hücum kimi başlayan hadisə yüzlərlə insanın iştirak etdiyi dəstələrarası qarşıdurmaya çevrilib".
Ağır yaralanan 15 yaşlı yeniyetmənin həyati təhlükəsi var.
Daxili işlər naziri Fransanın narkotik ticarəti ilə bağlı "kritik həddə" olduğunu bildirib və günün sonunda Renn bölgəsinə getməyi planlaşdırdığını açıqlayıb. Ötən həftə bu rayonda narkotik alveri ilə bağlı baş verən münaqişədə 5 yaşlı uşaq ağır xəsarət alıb.