AZ

ABŞ-də partiyaların seçki kampaniyasına xərclədiyi məbləğ məlum oldu – 14,7 milyard dollar


ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd, indiki vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Trampın seçki kampaniyası üçün təxminən 14,7 milyard dollar xərclənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadla məlumat yayıb.
Bu cür vəsaitlər 2024-cü il seçki dövründə siyasi partiyalar, həmçinin, siyasi komitələr tərəfindən xərclənib. Ümumilikdə 11 min bu cür siyasi qrup var.
Xərclərin böyük əksəriyyəti, “Bloomberg”in qeyd etdiyi kimi, reklamlarla bağlıdır.
Eyni zamanda bu sahədə ən böyük səylər, ekspertlərin fikrincə, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinin nəticəsini müəyyən edəcək əsas ştatlarda həyata keçirilib.
Seçilən
44
1
yeniavaz.com

2Mənbələr