1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Liverpul" klubu "Enfild"də bilet satışına görə 75 azarkeşin oyunlardan ömürlük kənarlaşdırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, klub rəsmiləri 100 mindən çox saxta hesabı blokladığını, 5 mindən çox hesabın isə hələ də yoxlanıldığını bildiriblər.
"Liverpul" klubu azarkeşləri biletlərini qeyri-rəsmi mənbələrdən almamağa səsləyib. Əks halda isə stadiona girişlərinin ömürlük qadağan ediləcəyini bildirib.
Qeyd edək ki, "Liverpul" - "Brayton" görüşü üçün satılan 1500 bilet ləğv olunub.