UEFA “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsu çərçivəsində Bakıda “Ayaks”a 0:3 hesabı ilə məğlub olduğu oyunda qırmızı vərəqə alan futbolçuların cəzalarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın şotlandiyalı baş hakimi Nikolas Uolşun birbaşa qırmızı vərəqə göstərdiyi Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev minimal cəzaya məruz qalıblar.
Hər iki futbolçu bir oyunluq cəzalanıb.
Qeyd edək ki, “Qarabağ” turnirin IV turu çərçivəsində noyabrın 7-də Norveçdə “Bodo Qlimt”in qonağı olacaq.