Türkiyə ordusu bu gün Suriya və İraqın şimalında PKK-ya qarşı növbəti uğurlu əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın şimalındakı Fərat Qalxanı və Barış Pınar bölgələrində müəyyən edilən 11 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu zərərsizləşdirilib: "Nəfəsimiz boyunlarının kökündədir. Terrorla mübarizə istənilən hava və relyef şəraitində fasiləsiz davam edəcək".
Tahir Şəlvəli
MİA.AZ