AZ

ATMU “Erasmus+” proqramı çərçivəsində fəaliyyətini genişləndirir - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  beynəlxalq əməkdaşlıq və mübadilə istiqamətli fəaliyyətə xüsusi önəm verilir. 

"Unikal" xəbər verir ki, “Erasmus+” proqramı çərçivəsində turizmin imkanlarını araşdıran müvafiq ixtisaslı mütəxəssislər vaxtaşırı universitetə dəvət edilir, bilik və təcrübə potensialını tələbələrlə bölüşürlər. Eskişehir Osmanqazi Universitetinin akademikləri Ebru Düşmezkalender və Cansev Özdemir Gözen ATMU-nun tələbələrinə qlobal turizm tendensiyaları və sektorda diqqətçəkən yenilikləri tədris ediblər.

“Erasmus+” proqramı çərçivəsində beynəlxalq mübadilələrin həyata keçirilməsində başlıca məqsəd Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrini qlobal turizm mühitinə daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi hazırlamaqdır. Ali təhsil müəssisəsində tədrisin təşkili prosesi beynəlxalq standartlara uyğunlaşdırılmaqla bərabər, o cümlədən akademik əməkdaşlığın genişləndirilməsi məsələsinə də xüsusi önəm verilir. 

ATMU ali təhsil müəssisəsi olaraq beynəlxalq tədbir və mübadilələrin təşkilinə təkan veməklə tələbələrdə qlobal turizm sahəsində zəruri bilik və peşəkar vərdişlərini formalaşdırır.

Seçilən
27
unikal.az

1Mənbələr