AZ

Türkiyə və Suriya dialoqun bərpasında ciddi maraqlıdırlar – ÖZƏL

Türkiyə və Suriya dialoqun bərpasına ciddi maraq göstərirlər və Rusiya bu danışıqların bərpasına fəal töhfə verəcək.

Olaylar.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov bildirib.

Baş rusiyalı diplomat qeyd edib ki, Dəməşq və Ankaranın mövqeləri arasında əvvəllər aşkarlanmış fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub.

"Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin Suriya ərazisindən çıxarılması məsələsini həll etmək lazımdır. Türkiyə Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir, lakin sonradan qoşunların çıxarılması məsələsinə yenidən baxmağı təklif edir. Hər iki paytaxtdan dialoqun bərpasına ciddi maraq göstərən siqnalları nəzərə alaraq, biz mümkün qədər tez danışıqlar prosesini fəal şəkildə dəstəkləyəcəyik" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr