AZ

1 noyabr bu Vətən Müharibəsi Qəhrəmanlarının anım günüdür

1 noyabr 2020-ci il Şanlı İkinci Qarabağ savaşının 36-cı günü olub. Həmin tarixdə də şəhidlər verdik. Bu gün o igidlərin anım günüdür. Missiya.Az həmin şəhidləri təqdim edir:Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev - 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində dünyaya gəlib. Ailəli idi - Yeganə və Pərvin adında 2 övladı yadigar qalıb.Qəhrəmanımız Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediib. Azərbaycan Ordusunun mayoru olmuş Vüqar Ağayev 2020-ci il noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhadətə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümüdən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" və Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.İkinci Qarabağ Müharibəsi Qəhrəmanı Şahin Allahyarov - 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində doğulub. 1995-ci ildən Quba rayonunda yaşayıb. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi.O, 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət göstərib. Əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirib. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. İgidimiz 2020-ci ilin bu günü Şuşanın azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Zizik kəndində dəfn edilib. Ş. Allahyarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr