AZ

Dnepr BOMBALANDI: Şəhər ballistik raketlərlə VURULUR - Polkovniklə CANLI

Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı”ya müsahibəsində deyib ki, Gürcü Arzusunun qələbəsinin tam təsdiqlənməsi AB-nin cavab addımlarına səbəb olacaq. Onun sözlərinə görə, AB-nin atacağı ilk addımlardan biri vizasız rejimin ləğvi olacaq. “Tiflis üçün bu, fəlakət olacaq, çünki bütün Gürcüstan iqtisadiyyatı indi buna əsaslanır: səyahət etmək, almaq və Rusiyaya satmaq imkanı. Vizasız gediş-gəlişin ləğvi Gürcü Arzusuna qarşı əhalinin sərt reaksiyasına səbəb ola bilər.

Gürcüstan müxalifəti uzunmüddətli aksiyalara hazırlaşır. Dəyişikliklər Naminə Koalisiyasının lideri Nika Qvaramiya tərəfdaşlarına çadırların satılmasını xahiş edib: “Kimdə orta və böyük çadırlar varsa, müraciət edin. Əgər onları bizə hədiyyə etsəniz, hətta satsanız da yenə də şad olarıq. Say məhdudiyyəti yoxdur”. Müxalifətin davamlı aksiyalara hazırlaşdığını Güclü Gürcüstan Koalisiyasının rəhbəri Mamuka Xazaradze də təsdiqləyib. Gürcüstan müxalifəti dünən növbəti mitinqin noyabrın 4-də keçiriləcəyini açıqlayıb. “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze də mitinq olacağını deyib.

Cənub qonşumuz İranın hər yerində raket daşıyan saysız-hesabsız maşınlar hərəkət edir. CNN bildirib. Məlumata əsasən, İranın 18 bölgəsində raketlərin daşınması müəyyən edilib. İranın ali rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb. Tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib. Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir. Bəzi iddialara görə, İran 5 noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır.

Nəhayət, şimal qonşumuz Rusiya ilə Ukrayna arasında müharibənin danışıqlar vasitəsilə sona çatdırılmasına dair müxtəlif fikir və proqnozlar olsa da, reallıqda qanlı müharibə davam edir və ciddi nəticələr verəcək danışıqlar perspektivi hələ ki, görünmür. Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərini atəşə tutub. UNİAN məlumat yayıb. Monitorinq qruplarının məlumatına görə, ilkin olaraq şəhərə iki ədəd "İskəndər M" və ya S-400 ballistik raketi buraxılıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik, polkovnik Rövşən Məhərrəmovla gündəmi dəyərləndirir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
24
musavat.com

1Mənbələr