AZ

Neftin qiyməti KƏSKİN ARTDI: İsrailə HÜCUM HAZIRLANIR - İLGİNC DETALLAR

Noyabrın 1-də neftin qiymətləri 1 dolları keçərək artmağa davam edib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, “Brent” markalı neftin fyuçersləri 1,39 dollar, yəni 1,9% bahalaşaraq bir barelinin qiymətini 74,20 dollar edib.

Eyni zamanda, ABŞ-ın WTI (West Texas Intermediate) neftinin qiyməti 1,44 dollar, yəni 2,1% artaraq 70,70 dollara yüksəlib.

Qiymət artımı İsrail kəşfiyyatının İraqdan İsrailə mümkün hücum barədəki xəbərləri fonunda baş verib.

İddialara görə, hücumda çoxlu sayda ballistik raket və PUA-dan istifadə edilə bilər.

Eyni zamanda, analitiklər qeyd edirlər ki, həm İslam Respublikası, həm də İsrail genişmiqyaslı müharibənin başlamasını istəmir. Bu o deməkdir ki, böyük ehtimalla yeni zərbə məhdud olacaq.

Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr