“Bayern”in hücumçusu Tomas Müller mövsüm başa çatdıqdan sonra Almaniya nəhəngini tərk edə bilər.
Piblika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Təcrübəli forvard Lionel Messinin formasını geyindiyi "İnter Mayami"yə keçməyə hazırlaşır. Messinin özü də almaniyalını razı salmağa çalışacaq.
Müllerin "Bayern" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Buna görə keçid pulsuz başa gələ bilər.