AZ

ATMU “Erasmus+” proqramı çərçivəsində fəaliyyətini genişləndirir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq əməkdaşlıq və mübadilə istiqamətli fəaliyyətə xüsusi önəm verilir. “Erasmus+” proqramı çərçivəsində turizmin imkanlarını araşdıran mütəxəssislər universitetə vaxtaşırı dəvət edilir, bilik və təcrübə potensialını tələbələrlə bölüşürlər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Eskişehir Osmanqazi Universitetinin akademikləri Ebru Düşmezkalender və Cansev Özdemir Gözen ATMU-nun tələbələrinə qlobal turizm tendensiyaları və sektorda diqqətçəkən yenilikləri tədris ediblər.

“Erasmus+” proqramı çərçivəsində beynəlxalq mübadilələrin həyata keçirilməsində başlıca məqsəd ATMU tələbələrini qlobal turizm mühitinə daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi hazırlamaqdır. Ali təhsil müəssisəsində tədrisin təşkili prosesi beynəlxalq standartlara uyğunlaşdırılmaqla yanaşı, akademik əməkdaşlığın genişləndirilməsi məsələsinə xüsusi önəm verilir.

Seçilən
52
1
tehsil.biz

2Mənbələr