AZ

Çində vətəndaşların Ukraynadakı münaqişəyə MÜNASİBƏTİ

Çin vətəndaşları Ukrayna böhranında “üçüncü tərəfi” günahlandırdılar.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Tsinxua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin keçirdiyi “Çinin beynəlxalq təhlükəsizliyə baxışı 2024” ictimai rəy sorğusunun məlumatları sübut edir.

Tədqiqatçılar Çinin Ukraynadakı münaqişəyə münasibətini açıqlayıblar. Belə ki, respondentlərin 42,41 faizi hesab edir ki, Ukrayna böhranında ilk növbədə Rusiya və Ukraynadan başqa “digər üçüncü tərəflər” məsuliyyət daşıyır.

Respondentlərin 35,57 faizi Moskva və Kiyevi günahlandırıb.

Təxminən 16 faiz hesab edir ki, böhrana görə əsas məsuliyyət Ukraynanın özündədir, sorğu iştirakçılarının 5,94 faizi isə günahı Rusiyanın üzərinə qoyur.

Seçilən
41
medianews.az

1Mənbələr