Oktyabrın 27-də Avropa Kosmik Agentliyinin (ESA) “Sentinel-2 L2A” peyki tərəfindən çəkilmiş şəkillər Van gölünün əvvəllər NASA astronavtı Keyt Rubinsin çəkdiyi və bütün dünyada rezonans doğuran şəkli xatırladıb.
Publika.az xəbər verir ki, NASA-nın görüntüsündə olduğu kimi, “ESA” tərəfindən qeydə alınan bu yeni peyk şəkillərində göl səthindəki cərəyanlar aydın görünür. 3712 kvadrat kilometr səth sahəsi ilə dünyanın ən böyük soda gölü olan Van gölündə küləklərin təsiri altında şirin su ilə sodalı suyun birləşməsindən yaranan bu axınlar göldə bənzərsiz naxışlar yaradıb.
Van Yüzüncü Yıl Üniversitesi Balıqçılıq fakültəsinin üzvü Mustafa Akkuş Van gölünün soda quruluşuna görə dünya miqyasında xüsusi bir ekosistemə sahib olduğunu bildirib:
“Şirin su axınlarının artması və küləyin hərəkətliliyinin səthə təsiri ilə göldəki su alt-üst olub. Göldə sodalı su ilə şirin suyun birləşməsi nəticəsində çöküntülərin əmələ gəlib. NASA-da astronavt tərəfindən çəkilmiş fotoşəkildən xatırladığımız oxşar mənzərələri indi Avropa Kosmik Agentliyi görür”.