AZ

Lavrov “mühasirə”ni yardı

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrda Maltaya səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Bu, Lavrovun Rusiyanın Ukraynaya hücumundan bəri bir Avropa Birliyi ölkəsinə ilk səfəri olacaq. Rusiyalı nazirin AB-yə çıxışı məhdudlaşdırılıb. Məsələn, 2022-ci ildə Lavrovun Polşada analoji tədbirə qatılmasına icazə verilməyib.

2022-ci ilin fevralından Rusiyanın baş diplomatı Avropa Birliyinin sanksiyaları altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
40
teleqraf.com

1Mənbələr