AZ

Tacikistanda falçıların kütləvi həbsi başladı

Tacikistanda 1,5 min cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 Tacikistan prezidenti Emoməli Rəhmonun ölkədə xurafatların getdikcə genişlənməsindən narahatdır. O hesab edir ki, bu tip insanlar  cəmiyyətə mənfi təsir göstərir və onun inkişafına mane olur.

Respublikada, o cümlədən paytaxtda falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hakimiyyət təkcə onlarla deyil, uyğun dini təhsili olmayan mollalarla da mübarizə aparır.

İnzibati məcəlləni pozan və oxşar fəaliyyətlə məşğul olanları 270 dollardan 340 dollara qədər cərimə gözləyir - bu məbləğ ölkədəki orta əmək haqqını (70 dollar) xeyli üstələyir. Eyni əməli yenidən cinayət törətsə, cərimə 680 dollara qədər artacaq.

Bundan əlavə, cadugərliklə məşğul olanlar üçün altı ayadək məcburi əmək növündə cəzanın tətbiqi nəzərdə tutulur.

 

Miri

 

Seçilən
60
oxu24.com

1Mənbələr