AZ

Gürcüstan Aİ-yə daxil olmaq üçün şərtlərdən birini yerinə yetirməkdən imtina edib

Gürcüstan hakimiyyəti Aİ-yə doğru irəliləyişin bərpası ilə bağlı tələblərdən birini yerinə yetirməyəcək. Söhbət “xarici agentlər haqqında” qanunun ləğvindən gedir.

Qaziler.az bildirir ki, bu barədə  "Birinci Kanal" məlumat yayıb.

Müvafiq bəyanatla hakim "Gürcü arzusu" Partiyasının katibi Mamuka Mdinaradze çıxış edib. Jurnalistlər “Gürcü Arzusu”nun seçkilərdən sonra “xarici agentlər” qanununu ləğv edib-etməyəcəyini soruşdular.

Onun sözlərinə görə, əgər Gürcüstanda bu qanun qəbul edilməsəydi, onda “indi Rustaveli prospektində on minlərlə insan dayanacaqdı”.

“Həm bu qanun, həm də təbliğat qadağası (söhbət “LGBT təbliğatını” qadağan edən qanundan gedir) gürcü xalqının əksəriyyəti tərəfindən qanuniləşdirilib”, - Mdinaradze bildirib.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr