AZ

Baronessa Koks yenə İrəvana gəldi

Oktyabrın 31-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Ermənistana gələn Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Karolin Koksu qəbul edib.

Modern.az-ın məlumatına görə, Baronessa Karolin Koksu İrəvana reabilitasiya mərkəzinin açılış mərasimində iştirak etmək üçün gəlib.

Paruyr Hovhannisyan baronessaya Ermənistana və erməni xalqına uzun illər göstərdiyi dostluğa və dəstəyə görə minnətdarlığını bildirib. Öz növbəsində baronessa Ermənistan hökumətinin Qarabağdan köçən ermənilərin ehtiyaclarını ödəmək üçün atdığı hərtərəfli addımları yüksək qiymətləndirib.

Tərəflər humanitar sahədə birgə səylərin imkanlarını ətraflı müzakirə edib və Ermənistan-Britaniya gündəmində olan məsələlərə toxunublar.

Görüşdə nazir müavini Paruyr Hovhannisyan Ermənistan-Avropa İttifaqı tərəfdaşlıq proqramı çərçivəsində regionda, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində baş verən son hadisələri təqdim edib.

Xatırladaq ki, Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks hər zaman Azərbaycana qarşı çıxışları ilə diqqət çəkib, erməniləri əsassız olaraq müdafiə edib.

Seçilən
26
1
modern.az

2Mənbələr