AZ

"Mercedes"Çin mühərrikləri ilə istehsal ediləcək

Mercedes CLA avtomobillərinin yeni, üçüncü nəsli Horse şirkətinin mühərrikləri ilə təchiz ediləcək. Maşında dördsilindrli 2 litrlik 250 at gücü mühərriklərin quraşdırılması nəzərdə tutulub.

Avtosfer.az xəbər verir ki, Horse şirkəti Renault və Geely kompaniyalarının müştərək müəssisəsidir. Ötən yayda müəssisənin səhmlərinin 10 faizini Saudi Aramco neft şirkəti 470 milyon dollara alıb. 
Horse şirkətinin məqsədi dünya bazarını daxiliyanma mühərrikləri ilə təmin etməkdir. Şirkətin 3 qitədə yerləşən 17 zavodunda 20 minədək adam işləyir. Horse yaxın illərdə dünyanın avtomobil sənayesinin 80%-ni mühərrik və ehtiyat hissələri ilə təmin etməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, bu, Mercedes şirkətinin Çinlə ilk əməkdaşlığı deyil. Vaxtilə BYD də alman şirkətinə mühərrik satıb.

Vüqar Yaşaroğlu

Seçilən
45
avtosfer.az

1Mənbələr