AZ

COP29-un ilk 3 günündə xarici qonaqlar aeroportdakı avtobuslardan istifadə edə biləcəklər - AYNA sədri

Bakı.Trend:

COP29 keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilədə yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardanistifadə etməli olacaqlar.

Trend xəbər verir ki, bunuRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan YerüstüNəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar RzayevCOP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatınadair brifinqdə deyib.

O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlarvə vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərəgəlməsi mümkün olmayacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
132
32
az.trend.az

10Mənbələr