Suriya və İraqın şimalında separatçı terror təşkilatı PKK-nın 15 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı ''Fərat qalxanı'' və ''Sülh çeşməsi'' əməliyyatı bölgələrində aşkar edilən 11 PKK/YPG terrorçusunu, İraqın şimalındakı ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində isə 4 PKK terrorçusunu zərərsizləşdirdiyi bildirilib.
Açıqlamada həmçinin bu ifadələrə yer verilib: "Terrorçulara qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik''.