AZ

Çin Rusiya ilə KXDR arasında yaxınlaşmadan NARAZIDIR

Çin hakimiyyəti Rusiya ilə KXDR arasında yaxınlaşmadan narazıdır.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Bildirilir ki, Çin hakimiyyəti Pxenyan üzərində “təsir rıçaqlarını” itirdiyinə görə Rusiya ilə KXDR arasında yaxınlaşmadan narazı ola bilər.

“Çin rəsmiləri Şimali Koreya əsgərlərinin Rusiya Federasiyasına göndərilməsi ilə bağlı birbaşa şərhlərdən yayınırlar. Lakin qapalı qapılar arxasında Şimali Koreyanın hərəkətlərini şübhə altına ala bilərlər”, – nəşr qeyd edir.

Nəşrin yazdığına görə, Çin rəsmiləri Şimali Koreya lideri Kim Çen Inın uzun müddətdir Şimali Koreyanın ən böyük ticarət tərəfdaşı olan Çindən “daha ​​az asılı olacağından” qorxur.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
11
interpress.az

1Mənbələr