AZ

Əli Kərimli özünü “şipion” kimi aparır ANALİZ

COP 29-a saylı günlər qaldıqca yerli və xarici məkrli qüvvələr daha geniş və intensiv formada Azərbaycana qarşı şər və böhtan kampaniyası aparırlar. Gah AŞPA, Avropa Parlamentinin ermənipərəs deputatları Azərbaycanda insan hüquqlarının pozulmasından, mətbuatın fəaliyyətinə guya əngəllərin yaradılmasından danışıb, anormal qətnamələr qəbul edir, gah da Avropadakı nasistlərin nəzarət etdiyi siyasi mərkəzlər ölkəmizdə “siyasi məhbus”ların olması haqqında cəfəng iddialarla çıxış edirlər. Elə hallar da olur ki, Qarabağın işğalında və insanların kütəvi şəkil də qətlində iştirak etmiş terrorçu məxluqların azad edilməsi ilə bağlı hikkəli bəyanatlar səsləndirirlər. Məqsəd öz ağılları ilə ölkəmizə təzyiq etmək və hansısa məkrli planlarını reallaşdırmaqdır. Lakin Azərbaycan hüquqi dövlətdir və hər bir atılan addım, verilən qərarlar hüququn aliliyinə söykənir. Ona görə də, istənilən terrorçulara xas hədə xarakterli mesajlar Azərbaycan tərəfindən qətiyyətlə rədd edilir və bu prinsipial mövqe heç zaman dəyişməyəcək.Təbii ki, yerli və xarici antimilli işbazlar Azərbaycan dövlətinin qətiyyətli mövqedə olduğunu başa düşürlər, lakin erməni lobbisi qarşısında üzərlərinə öhdəliklər götürdüklərindən fəaliyyətlərini dayandırmırlar. Əksinə, israrlı şəkildə ölkəmiz əleyhinə kampaniyalarını davam etdirirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan haqqında irəli sürülən iddiaların heç birinin cüzi belə əsası yoxdur. Misal üçün, “siyasi məhbus”ların sayı, insan hüquqlarının pozulması və mediaya qarşı təzyiqlərin olması haqqında səslənən iddialar heç bir fakta və ciddi mənbəyə əsaslanmır. Sadəcə, əvvəllər hanısa ölkə haqqında hazırladıqları hesabatı redaktə etmədən, araşdırma aparıb dəqiqləşdirmələr aparmadan Azərbaycanın adına yazıb paylaşırlar.

Əli Kərimli Leyla Yunusdan heç nə ilə fərqlənmir

Azərbaycan haqqında şər və böhtanların “hesabata” daxil edilməsində daha çox ölkəmizdə müxtəlif cinayətlər törədib, xaricə qaçan azərbaycanlı mühacirlərin məlumatları əsasında hazırlanaraq paylaşılır. Bir qədər əvvəl Almaniyadakı nasistlərin əsas ideoloqlarından olan Frank Şveber özü etiraf etmişdir ki, o, tez-tez azərbaycanlı “hüquq müdafiəçisi” Leyla Yunusla məktublaşır: “Ötən həftə Leyla Yunusdan məktub aldım. O Azərbaycanda 319 “siyasi məhbus”un olduğunu, medianın vəziyyətinin ağır olduğunu və insan azadlıqlarına qarşı təzyiqlərin olmasına dair fikirlər yazmışdı”. Buradan görünür ki, F.Şveber Azərbaycana qarşı şər və böhtanlarını Leyla Yunus, Əli Kərimli, Arif Məmmədov, Trol Sadıqlı və bu kimi digər Azərbaycan xalqına qarşı düşmən mövqe sərgiləyən ünsürlərin təqdim etdikləri yalan və böhtandan ibarət məlumatlar əsasında hazırlayaraq paylaşıb. Əgər vicdanı olsa və səthi araşdırma aparsa idi, təqdim olunan məlumatların yalan olduğunu üzə çıxarardı. Lakin ona verilən informasiyanın marağına uyğun olduğu üçün araşdırmalara və ölkəmizin müəyyən strukturları ilə dəqiqləşdirməyə ehtiyac duymayıb. Söz yox ki, L.Yunus da uydurma məlumatları havadan götürməyib. Ona da “Siyasi məhbus”lar və digər məsələlərlə bağlı cəfəng “məlumatları” AXCP sədri Əli Kərimli çatdırıb. Çünki Ə.Kərimli tez-tez Azərbaycanda “siyasi məhbus”ların olması haqqında sayıqlamalarla çıxış edir. Bildirir ki, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə həbs olunan 319 nəfər var. Ə.Kərimli sosial şəbəkə hesabında yazır ki, COP 29 həqiqətən də Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib və ölkələr, eləcə də beynəlxalq təşkilatlar bundan çıxış edərək Azərbaycandan 300-ə qədər siyasi məhbusun azad edilməsini tələb edirlər. Bununla o özü-özünü ifşa etmiş olur. Yəni göstərir ki, xaricdəki F.Şveber kimi nasistlərin Azərbaycan haqqında qondarma hesabatların paylaşılmasında və yüksək tribunalarda səsləndirilməsində onun da rolu var. Təbii ki, L.Yunus sadəcə, avtomobilin ehtiyat təkərindən başqa bir şey deyil. L.Yunus hər zaman Ermənistandakı qohumlarının tapşırıqlarını yerinə yetirib, bu gün də öz ampluasındadır və əlavə olaraq Ə.Kərimlinin düzüb-qoşub göndərdiyi qara siyahıları F.Şveberə göndərməklə icraçı olduğunu göstərir. Azərbaycanda qara siyahıların tərtib edilərək xaricdəki şəbəkə üzvlərinə göndərən əsas şəxs isə Ə.Kərimlidir. Ə.Kərimli bu yolla cəmiyyətdən qisas almağa çalışır. Çünki Azərbaycan cəmiyyəti onu qəbul etmir və səsləndirdiyi fikirləri, irəli sürdüyü separatçı ideyaları rədd edir.

Cəbhəçi trollar sosial şəbəkələrdə saxta səhifələrin sayını artırmaqla böhtanlarının sferasını genişləndirməyə çalışırlar

Əli Kərimli və ətrafında olan troll yığnağı xarici ölkələrdəki qaranlıq dairələrə və bəzi beynəlxalq təşkilatlara Azərbaycan haqqında şər və böhtan xarakterli məlumatlar göndərməklə yanaşı, sosial şəbəkələrdə də qarayaxma kampaniyasını gücləndirməyə cəhdlər göstərməyə çalışırlar. Bu məqsədlər də müxtəlif sosial şəbəkələrdə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin və Ə.Kərimlinin müavini Fuad Qəhrəmanlının rəhbərliyi ilə müxtəlif adlar altında çoxsaylı saxta səhifələr hazırlanıb. Həmin saxta səhifələr göndərilən tezislər əsasında COP29-la bağlı əsassız məlumatlar paylaşır, erməni maraqlarına xidmət edən statuslar yayırlar. Göstərməyə çalışırlar ki, guya COP29-a hazırlıqda və keçirilməsində problemlər var. Hətta AXCP-dəki mənbəmizin verdiyi məlumata görə, Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli COP29-un keçirildiyi günlərdə təxribat xarakterli icazəsiz aksiyalar keçirməyi və həmin pozucu aksiyanı sosial şəbəkələr vasitəsi ilə yaymağı da planlaşdırırlar. Təbii ki, onların nə planlaşdırmalarından və hansı yönümlü açıqlamalar vermələrindən, eləcə də “donos”lar ünvanlamalarından asılı olmayaraq COP29 konfransı uğurla özünün işinə başlayıb, dünyanın maraqlarına cavab verən qərarların qəbulu ilə yekunlaşacaq. Hay-küy qaldırmaq və əsassız böhtanlarla çıxış etmək ancaq dağıdıcı müxalifətə və xaricdəki antimilli ünsürlərə qalacaq.

İLHAM ƏLİYEV

Seçilən
59
sesqazeti.az

1Mənbələr