AZ

Beyləqan rayon Aşağı Çəmənli kəndində icra başçısı səyyar qəbul keçiririb. - FOTO

Beyləqan rayonun Aşağı Çəmənli kəndində səyyar qəbul keçirilib.


Ekologiya.az bildirir ki, rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 01 Noyabr 2024-cü il tarixdə Aşağı Çəmənli kəndində səyyar qəbul keçirib.


Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər iştirak etmişdir.

 Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Kənd sakinlərini salamlayan RİH başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Rayon rəhbəri daha sonra kənd sakinlərindən müraciətlərini ünvanlamağını xahiş etdi.


 Görüşdə kənd sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb. Müraciətlərin bəziləri yerindəcə araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Aşağı Çəmənli kənd sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Seçilən
33
ekologiya.az

1Mənbələr