Hökumətin maliyyələşdirdiyi Tehranın “İstiqlal” futbol klubu Təbrizin “Traktor” klubuna uduzduqdan sonra azarkeşlərindən üzr istəyib.
Axar.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.
“Zəif nəticəyə görə öz adımdan və klub adından bütün azarkeşlərdən üzr istəyirəm, vəziyyətin dəyişməsi üçün texniki heyət və komanda oyunçularına dəstək davam etməlidir”,- “İstiqlal” klubunun baş direktoru Fərşid Səmiyi yazıb.
Qeyd edək ki, dünən İran Premiyer Liqasının 10-cu həftəsinin oyunları çərçivəsində Tehranda keçirilən qarşılaşmada Təbriz klubu paytaxt klubunu 2-0 hesabı ilə məğlub edib.
Bununla da “Traktor” klubu 19 xalla reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.