Noyabrın 4-də "Bakı Metropoliteni" QSC-də qatarların "Bakmil" stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək.
Musavat.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, metroda dispetçer idarəetməsində tətbiq edilmiş innovativ rəqəmsal texnoloji yenilik uğurla 3-cü mərhələ sınağından keçirilib. İşlərin davamı kimi "Bakmil" stansiyasına gedən qatarların hərəkət cədvəli bu günə olan qaydaya uyğun təmin ediləcək.