AZ

Hipertoniyadan əziyyət çəkənlər qan təzyiqini neçə dəfə ölçməlidirlər?- Həkim RƏYİ

Hipertoniyadan əziyyət çəkənlər səhər və axşam qan təzyiqini ölçməlidirlər.

Azpost.info xəbər verir ki, bu barədə rusiyalı terapevt Nadejda Çernışova bildirib.

Onun sözlərinə görə, ölçmə zamanı rahat olmaq vacibdir. Bu səbəbdən də 5-10 dəqiqə əvvəldən istirahət etmək lazımdır.

“Hər dəfə qan təzyiqini ölçəndə bunu üç dəfə etmək və orta nəticə çıxarmaq lazımdır. Bu göstərici daha dəqiq olacaq”, – həkim bildirib.

Həmçinin, nəfəs almaq çətinləşirsə, baş ağrısı, zəiflik və ya sinədə narahatlıq yaranarsa, təzyiq ölçülməlidir.

Hipertoniyadan əziyyət çəkən insanlar üçün maksimum 140-ın 90-a göstərici normal hədd hesab olunur.

“Ümumiyyətlə, böhran 160-ın 100-ə olduqda başlayır. Əsas qayda odur ki, özünüzü pis hiss edirsinizsə, təcili yardım çağırın”, – Çernışova əlavə edib.

Azpost.info

Seçilən
46
azpost.info

1Mənbələr