AZ

Gürcüstan müxalifəti əhalidən çadır istəyir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan müxalifətinin lideri Nika Qvaramiya sosial şəbəkələr vasitəsi ilə müraciət edərək, ölkə vətəndaşlarından çadır gətirmələrini xahiş edib. Onun bu çağırışının Tbilisidə etiraz fəallığının artacağı əlaməti olduğu güman edilir

Qvaramiya "Dəyişikliklər üçün koalisiya"nın liderlərindən biridir.

Qvaramiyanın müraciətində deyilir: "Əgər orta və böyük ölçülü çadırlarınız varsa, bizimlə əlaqə saxlayın. Hədiyyə etsəniz, şad olarıq. Satsanız - yenə də məmnun qalarıq. Say məhdudiyyəti yoxdur".

Qvaramiya xahişinin məqsədini açıqlamayıb. Lakin onun bu xahişinin müxalifətin yeni etirazlara hazırlığı ilə bağlı olduğu hesab edilir.

Müxalifətçi "heç nəyi gizləməyə hazırlaşmadığını", polis ilə prokurorluğun onu izlədiyini də qeyd edib.

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstan parlamentinin binasının qarşısında seçkilərin nəticələrinin əleyhinə etiraz aksiyası keçirilib. Tədbirdə hər hansı bir insident baş verməyib. Aksiya başa çatandan sonra etirazçılar evlərinə yollanıblar.

Hürr Tərcüman

 

Seçilən
46
hurriyyet.az

1Mənbələr