AZ

İcra başçısı şəhidin dəfnində iştirak etdi - FOTOLAR

1993-cü ildə itkin düşmüş Səfərov Cahangir Səfəralı oğlunun Ağdamda dəfn mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Cənazə namazından sonra  şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 01.06.1942-ci il tarixdə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 12.06.1993-cü il tarixdə Yusifcanlı kəndi ərazisində itkin düşmüşdür.

Seçilən
63
unikal.az

1Mənbələr