AZ

Suraxanıda konfrans keçirildi - Fotolar

Noyabrın 1-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Təmiz ekoloji mühit, sağlam həyat naminə həmrəy olaq” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri, eləcə də rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.

RİH başçısının müavini Könül Axundova bildirib ki, belə bir panel müzakirənin Suraxanı rayonunda keçirilməsi iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə və ictimai şüurun artırılması baxımından önəmlidir. O, həmçinin, ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və bir neçə gündən sonra Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirin əhəmiyyətini qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova çıxış edərək ətraf mühitin mühafizəsinin əsas prinsipləri, ekoloji problemlər, onların həlli yolları ilə bağlı məsələlərə toxunub. O, qeyd edib ki, respublikamızın şəhər və rayonlarının davamlı inkişafının təmin olunması, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, yaşıl enerjiyə keçid, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir.

Çıxışlardan sonra “İqlim dəyişmələri fonunda ətraf mühitdə baş verən dəyişikliklər” eləcə də, “Təmiz ekoloji mühitin yaradılması: “yaşıl iqtisadiyyat” və “yaşıl həyat” tərzi” mövzularında panel müzakirələr aparılıb.

Panel müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova, Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin sektor müdiri Amil Səfiyev, Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov, Coğrafiya üzrə fəlsəfə doktoru, ETSN yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Proqramlarının sabiq rəhbəri, "Balaxanı Oil" və "Suraxanı Oil" Əməliyyat Şirkətlərinin COP29 üzrə Layihə Rəhbəri Çingiz Məmmədov çıxış ediblər.










Seçilən
73
1
qafqazinfo.az

2Mənbələr