Türkiyə hökuməti xarici təsirlərə qarşı mübarizə məqsədilə xarici agentlər haqqında qanun layihəsi hazırlayır.
Sfera.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Sənədin redaksiyasına görə, qanun xarici şirkətlərin, hakimiyyət orqanlarının və ayrı-ayrı şəxslərin təsiri altında “dövlətin təhlükəsizliyini və ya onun daxili və xarici siyasi maraqlarını” təhdid edən şəxslərlə mübarizəyə yönəlib. Ehtimal olunur ki, cinayətə görə məsuliyyət yeddi ilədək müddətə azadlıqdan məhrumetmə şəklində olacaq.
“Xarici təsirin şəffaflığı haqqında” analoji qanun layihəsi 2024-cü ilin mayında Gürcüstanda qəbul edilib . Ölkənin müxalif qrupları, eləcə də Qərb dövlətləri qanunvericilikdəki dəyişikliklərə mənfi reaksiya veriblər.
Bəzi şirkətlər öz işlərini xarici şirkətlərin və ya digər dövlətlərin maraqlarına uyğun hərəkət kimi qəbul etmədikləri üçün reyestrdə qeydiyyatdan keçmək niyyətində olmadıqlarını bildiriblər.
İnci