AZ

Tacikistanda minlərlə falçı və molla saxlanıldı

Tacikistanda 1,5 min cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı basqın ritual və okkultizm ənənələrinin yayılmasına qarşı yönəlib.

Məlumata görə, Tacikistan Prezidenti İmaməli Rəhmanun ölkədə dini xurafatın getdikcə genişlənməsindən narahat olub.

Qeyd edək ki, Tacikistanda, o cümlədən paytaxt Düşənbədə falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hökumət təkcə onlarla deyil, həm də normal dini təhsili olmayan mollalarla da mübarizə aparır.

Seçilən
84
5
axar.az

6Mənbələr