İkinci Dünya Müharibəsində Almaniya tərəfindən işğal edilən Yunanıstan, müttəfiqi kimi gördüyü Berlin administrasiyasının müharibə zamanı vurduğu zərərin əvəzini ödəməsini istəyir. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumat görə, təxminən 400 min vətəndaşın həyatını itirdiyi bu müharibədən sonra Almaniya Yunanıstana heç bir təzminat ödəməyib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu həftənin əvvəlində Yunanıstana səfər edib və məsələ ilə bağlı Yunanıstan dövləti ona müraciət ünvanlayıb. Yunanıstan Parlamentinin işğal zamanı ölən və dəyən ziyanı müəyyən etmək üçün yaratdığı komissiyanın 2016-cı ildə tamamladığı hesabat 2018-ci ilin oktyabrında dərc edilib. Buna uyğun olaraq Yunanıstan həyatını itirənlərin yaxınlarına təzminat, həmçinin dəyən maddi ziyanın ödənilməsi və administrasiyanın Mərkəzi Bankdan məcburi faizsiz işğal krediti tələb edir. Bundan başqa, işğal zamanı ölkədən götürülmüş tarixi əsərlər də geri qaytarılmalıdır.