Milli Məclisin deputatı Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 4-də Qətər Dövlətinin Doha şəhərinə səfər edəcək.
İclasda assambleyanın maliyyə və planlaşdırma məsələləri nəzərdən keçiriləcək, həmçinin bəzi təşkilati işlərə baxılacaq. Səfər noyabrın 7-də başa çatacaq.