AZ

Bakı Bulvarında bərpa edilən gəmi gəzintisinin qiymətləri 2015-ci ildən bəri dəyişməyib

Bakı bulvarında gəmi gəzintisi bərpa edilib. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva, 2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi səbəbindən gəzintinin dayandırıldığını bildirib. İki illik fasilədən sonra "Mirvari" gəmisi yenidən fəaliyyətə başlayıb.

Mehdiyeva qeyd edib ki, bu gündən etibarən gəmi gəzintisi bərpa edilib. "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir işləri görülərək istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi dəniz vağzalının qarşısından hərəkət edəcək, çünki burada dənizin dərinliyi gəminin rahat hərəkətini təmin edir.

Gəzintinin əvvəlki qiymətlərinin saxlanılması qərarı verilib, insanların marağı və uzun müddət gözləməsi nəzərə alınaraq qiymətlər 5-10 manat arasında dəyişir. Bu qiymətlər 2015-ci ildən müəyyənləşmişdir. Gəmidə 6 yaşına qədər uşaqlar üçün gəzinti tam ödənişsizdir.

Gəzintinin müddəti 35-40 dəqiqədir və su nəqliyyatında təhlükəsizlik Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti tərəfindən təmin edilir.

Seçilən
48
fins.az

1Mənbələr