AZ

Azər Əmiraslanov Qanunda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi

Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Fariz İsmayılzadə, Aydın Mirzəzadə, Azay Quliyev çıxış ediblər, bəzi qeydlərini söyləyiblər.

Komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərlə bağlı öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra komitə sədri Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. Bildirilib ki, adı çəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır.

Deputat Bəhruz Məhərrəmov məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Seçilən
31
xalq.az

1Mənbələr