AZ

Yuanın dolları əvəz edə bilməməsinin səbəbi..?

...Hazırda Çin əsas ehtiyat valyuta emitenti olmaq istəyini nümayiş etdirməyib. Bunu Avropa Mərkəzi Bankının sədri Kristin Laqard deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Le Monde qəzeti də yazıb.

Deməli, Laqardın sözlərinə görə, məhz bu səbəbdən yuanın yaxın gələcəkdə dolları əsas ehtiyat valyutası kimi əvəz edə biləcəyini gözləmək olmaz. Bununla belə, o, Çinin hadisələrin bu cür inkişafına hazırlaşdığını etiraf edib.

68 yaşlı Laqard,..yəqin ki, ömrüm boyu yuanın dolları əvəzlədiyini görməyəcəyəm, - deyə bildirib.

Bundan əvvəl Çin valyutasının qlobal ödənişlərdə mövqeyini itirməyə başladığı barədə məlumatlar peyda olmuşdu.

Payızın ilk ayında rekord azalma qeydə alınıb.

Avqustun sonunda yuanın beynəlxalq ödənişlərdə payı 4,74 faizdən 4,69 faizə qədər azalıb.

...Həmin vaxt yuan dördüncü yerdə idi.

Əli Babayev

Seçilən
45
sia.az

1Mənbələr