“Müxalifətin Gürcüstandakı askiyaları düşünmürəm ki, nəyəsə təsir etsin. Çünki adətən aksiyalar o zaman effektiv olur ki, onlar seçkilərin keçirilməsi günü başlayır və ondan sonra vəziyyət gərginləşir, inqilab ola bilir və ya hakimiyyət çevrilişi olur”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
Z.Məmmədov bildirib ki, hazırda Gürcüstanda hakimiyyət çevrilişi, inqilab üçün heç bir səbəb yoxdur: “Xalq demək olar ki, evindədir. Gürcüstanda müxalifətin mitinqində ən azı 100 min insan iştirak etmirsə, o mitinq baş tutmamış mitinq hesab edilir. Son mitinqdə biz insan sayının çox az olduğunu gördük. Tiflisin mərkəzinə cüzi bir şəxslər gəlmişdi. Regionlar, ümumiyyətlə, proseslərdən kənarda qalıb. Ona görə biz “müxalifət nəsə edə biləcək?” sualına “heçnə edə bilməyəcək” cavabını əminliklə verə bilərik”.
Röya İsrafilova