AZ

ABŞ 19 Hindistan şirkətini qara siyahıya saldı  

ABŞ-ın yeni sanksiya siyahısına 19 Hindistan şirkəti və iki Hindistan vətəndaşını daxil etməsi ikitərəfli münasibətlərdə gərginliyə səbəb olacaq.

Musavat.com xəbər verir ki, məlumatı Hindistanın “The Financial Express” qəzeti yayıb.

Xatırladaq ki, Hindistan şirkətləri və vətəndaşları Rusiyaya Ukraynadakı işğalçı müharibədə dəstək verdiklərinə görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb.

Qəzet qeyd edir ki, ABŞ həmçinin sikx lideri Qurpatvant Sinqh Pannunu öldürmək planında iştirakda ittiham edilməsi ilə əlaqədar Hindistan vətədaşlarını qara siyahıya salıb ki, bu da ölkələr arasında münasibətləri gərginləşdirib.

“The Financial Express” qeyd edib ki, Vaşinqtonun Hindistan şirkətləri və şəxslərini sanksiya siyahısına daxil etməsi qlobal geosiyasi dəyişikliklər fonunda ABŞ-Hindistan əlaqələrində “davam edən problemləri üzə çıxarıb və incə balansı nümayiş etdirir”.

Birləşmiş Ştatlar oktyabrın sonunda sanksiyalar siyahısını genişləndirməklə ora Rusiya, Çin, BƏƏ, Türkiyə, İsveçrə, Malayziya, Tailand, Hindistan, Özbəkistan, Serbiya və Qırğızıstandan 400-ə yaxın şirkəti, 30-dan çox insanı daxil edib.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr