Hindistanda maraqlı hadisə baş verib.
60 yaşlı Kaluva Ramana və 65 yaşlı Şantikumara Kumari 30 yaşlı oğulları Pramod ilə birlikdə yaşayıblar. Gözdən əlil olduğu bilinən cütlük bir neçə gün oğlundan səs eşitməyəndə oğullarının bayıra çıxmış və ya harasa getdiyini düşünüblər.
News24.az “The Free Press Journal”-a istinadla xəbər verir ki, hamı gəncin harasa qonaq getdiyini zənn edib.
Hadisə evdən gələn pis qoxunu hiss edən qonşuların polisə müraciət etməsi ilə üzə çıxıb.
Polis əməkdaşı kişinin yuxuda öldüyünü təxmin etdiyini deyib.
Pramodun cəsədi ölüm tarixini və səbəbini müəyyən etmək üçün xəstəxanaya göndərilib.
Məryəm İlhamqızı