Tovuzluların 7:2 hesablı qələbəsi ilə bitən qarşılaşmanın qəhrəmanı Ayxan Quseynovdu. Yenicə “milliləşdirilən” futbolçu dubla imza atmaqla yanaşı, 2 məhsuldar ötürmə də verdi.
Ayxan Quseynovun bu oyunla bağlı “Football-plus.az”a söylədikləri:
“Bilirdik ki, ikinci liqa komandasına qarşı oynayacağıq. Amma Kurban Berdıyev bizə yaxşı motivasiya verdi. Dedi ki, 1-ci, 2-ci və yaxud premyer-liqa komandası da olsa, fərq etmir, çıxıb oynamaq lazımdı. Yaxşı fürsət var. Kim az oynayıbsa və ya heç oynamayıbsa, onlar üçün yaxşı praktikadı. Çalışırdıq ki, məşqçimizin bizə öyrətdiklərinə meydanda əməl edək. Deyə bilmərəm ki, oyun çətin oldu. Əlbəttə, hər hücumçu istəyər ki, çox qol vursun. Nə qədər alınırsa, onun üçün yaxşı bir motivasiyadı. Qol vurmaq adamın əhvalını da qaldırır. İki qol vurdum, halbuki daha çox vura bilərdim. Bunun da üzərində işləmək lazımdı. Əvvəldən bilirdik ki, mərhələni keçəcəyik. Amma "Qarabağ"a qarşı oyundan öncə yaxşı bir praktika idi. Arzulayırıq ki, kubokda irəli gedək. Üç il əvvəl yarımfinala qədər irəliləmişdik, az qalmışdı finala çataq. Bu il rəqiblərimiz asan deyil. Amma çalışacağıq ki, hamı ilə mübarizə aparaq, yaxşı oyun göstərək. "Sabah" çətin rəqibdi, ancaq çalışacağıq ki, mərhələni biz keçək”.
RÖYANƏ OĞUZ