AZ

ABŞ-da məşğulluq gözləniləndən xeyli aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq oktyabr ayında 12 min nəfər artıb.

Banco.az xəbər verir ki, oktyabrda ölkədə işsizlik 4,1 faiz təşkil edib.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar məşğulluq artımının 100 min olacağını gözləyirdilər. 

Anketdə işsizlik proqnozu isə 4,1 faiz olaraq təyin olunmuşdu.

İnflyasiya proqnozu baxımından izlənilən orta saatlıq qazanclarda isə heç bir sürpriz qeydə alınmayıb. Belə ki, orta saatlıq qazanc oktyabr ayında əvvəlki aya görə 0,4 faiz artıb. Bu göstəricidə illik artım 4 faiz olub.

Xatırladaq ki, məşğulluq məlumatları baxımından aparıcı göstəricilər oktyabr ayı üzrə məşğulluq bazarının canlı olduğunu göstərmişdi. ABŞ-da ADP özəl sektor məşğulluğu oktyabr ayında 233 min artımla proqnozlardan üstün performans qeydə almışdı.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
41
banco.az

1Mənbələr