Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da seçki yarışında Tramp-Harris qarşıdurması davam edərkən seçkilərdən sonra dolların avro qarşısında dəyər itirəcəyini proqnozlaşdıran qurumların sayı artır.
Banco.az xəbər verir ki, ABŞ seçkiləri üçün son dönüş nöqtəsinə daxil olduğumuz bir vaxtda Avro/Dollar pariteti ilə bağlı gözləntilər də formalaşmaqdadır.
İspaniyada yerləşən “BBVA” bankı 31 oktyabr tarixli proqnozunda bu ilin dördüncü rübü üçün paritet proqnozunu 1,08 olaraq açıqlayıb. Bank 2025-ci ilin birinci rübü üçün orta məzənnə gözləntisini 1,11, bütövlükdə 2025-ci il üzrə isə 1,15 qeyd edib.
“Prestige Economic LLC” də oktyabrın 31-də bu ilin dördüncü rübü üçün orta paritet proqnozunu 1,11 olaraq elan edib. Qurumun 2025-ci ilin birinci rübü üçün proqnozu 1,13 olub.